“Səsverməyə gəldim, artıq siz məni boykot etməlisiniz” - Paşinyan

2026/03/1774525389.jpg
Oxunub: 425     14:09     27 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşım edərək səsverməyə getdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Səsverməyə gəldim”, - deyə Paşinyan yazıb.

Yayımlanan videoda o, jurnalistlərə müraciətlə bildirib: “Artıq siz məni boykot etməlisiniz, bu qədər brifinq vermişəm. İstəsəniz, “off the record” ünsiyyət qura bilərik, amma artıq brifinq verməyəcəyəm, çünki həftədə 2-3 dəfə brifinq keçirmək məntiqlidirmi? Suallara cavab vermirəm”.

Xatırladaq ki, “Vətəndaş Müqaviləsi” partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində baş nazirliyə namizədi müəyyənləşdirir və seçki siyahısının ilk 50 yerinin düzülüşünü təsdiqləyir. Partiyanın ofisində siyahının təsdiqinin ikinci mərhələsi üzrə səsvermə başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin