Ermənistanda bir qrup şəxs çağırışçının aldatma yolu ilə hərbi çağırışdan yayınmağa cəhd etməsinə kömək edib

2025/11/1762926619.jpg
Oxunub: 392     13:00     27 Mart 2026    
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsində araşdırılan cinayət işi üzrə ilkin istintaq zamanı müəyyən edilib ki, M.P. hərbi çağırışdan aldatma yolu ilə yayınmaq məqsədilə 2024-cü il aprelin 29-da Kotayk vilayətinin hərbi komissarlığına “Tibbi Genetika və İlkin Səhiyyə Mühafizəsi Mərkəzi” MMC tərəfindən verilmiş, guya periodik xəstəlikdən əziyyət çəkməsi barədə saxta sənəd təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, həmin məlumat həm tibbi klinikada və diaqnostik laboratoriyada aparılan müayinələrlə, həm də istintaq çərçivəsində təyin edilmiş məhkəmə-genetik ekspertizaların rəyləri ilə təkzib edilib.

“Nəticədə M.P. hərbi xidmətə yararlı hesab olunub və Ermənistan silahlı qüvvələrinə çağırılıb.

Bundan başqa, çağırışçının anası, tibb mərkəzinin həkimi və H.M. adlı vətəndaş maneələri aradan qaldırmaqla və məlumat təqdim etməklə M.P.-nin aldatma yolu ilə hərbi çağırışdan yayınmağa cəhd etməsinə kömək ediblər. Lakin onların iradəsindən asılı olmayan hallara görə niyyətlərində olan cinayət başa çatdırılmayıb.

A.İ., A.N. və H.M. barəsində Cinayət Məcəlləsinin 46-44-461-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi ilə (məcburi hərbi və ya alternativ xidmətdən, yaxud səfərbərlik çağırışından yayınma cəhdinə kömək etmə) ictimai cinayət təqibi başlanıb.

Cinayət işi ittiham aktı ilə nəzarətçi prokurora göndərilib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin