Mikayelyan onun adı ilə əlaqələndirilən narkotik və əsgər yeməyinin satılması iddiaları barədə: “Məndən belə bir şeyə inanırsınız?”

2026/03/Ekran-1774601845.jpg
Oxunub: 376     12:55     27 Mart 2026    
“Haradan götürmüsünüz ki, “Vətəndaş Müqaviləsi” seçilməyəcək? “Vətəndaş Müqaviləsi” keçəcək və böyük səs çoxluğu ilə qalib gələcək”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Vətəndaş Müqaviləsi” ofisinin qarşısında jurnalistlərlə söhbətində Ermənistanın “Yerkrapah” hərbi təşkilatının sədri, partiyanın idarə heyətinin üzvü Sasun Mikayelyan deyib.

“Yerkrapah” üzvlərinin narkotik satması və onun məlumatı ilə əsgərlərin yeməyinin satılması barədə iddialara münasibət bildirən Mikayelyan deyib: “Hər dəli hər şey yaza bilər. Həmin şəxs İstintaq Komitəsindədir, mən isə bunu şərh etmək istəmirəm”.

O, aralarında üzləşmə keçirildiyi və ya özünün dindirildiyi barədə məlumatları təkzib edib: “O, koloniyada hamı haqqında yazır, bilmirəm, qəribə vəziyyətdir.

Siz bu sualı verirsinizsə, məndən belə bir şeyə inanırsınız? Məni uzun illərdir ən yaxşı siz tanıyırsınız və mən həyatımın yarıdan çoxunu ölkəmə və xalqıma xidmətə həsr etmişəm, bu gün də xidmət edirəm”.

Hakimiyyətin bu yolla onu hansısa formada cilovlamaq istədiyi barədə fikrə münasibət bildirən Mikayelyan deyib: “Yaxşısınız, bu şübhəçiliyi kənara qoyun, mən öz Allahım qarşısında, həyatımla və gördüyüm işlərlə…”

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayelyan   Ermənistan  


Bizi "telegram"da izləyin