Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” üzərindən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, əvvəlki dövrdə hər iki tərəfdən baş verən bütün müdaxilələr sülhə görə deyil, münaqişə və müharibə səbəbindən olub.
“Əksinə, sülh gündəliyi və prosesi sayəsində Ermənistanın suveren ərazisinin tanınması baş verib”, - deyə Paşinyan bildirib və qeyd edib ki, bu müdaxilələr Ermənistanın de-yure təhlükəsizlik təminatlarına və təminatçılara malik olduğu şəraitdə baş verib.
Paşinyanın sözlərinə görə, azadlıqdan məhrum edilən şəxslər (diversantlar-red.) də sülhə görə yox, münaqişə səbəbindən əsir düşüblər.
“Münaqişənin davam etməsi onların azad olunması ehtimalını dəfələrlə azaldır, hətta demək olar ki, mümkünsüz edir. Sülh isə onların azad olunması ehtimalını dəfələrlə artırır, hətta təmin edir”, - deyə o bildirib.
Paşinyan həmçinin qeyd edib ki, başqalarının ümidinə, təşviqinə və təşkilinə arxalanaraq münaqişəyə daxil olmaq və nəticədə başqalarının məqsədləri üçün istifadə olunmaq ləyaqətsiz davranışdır.
“Dövlət ləyaqətli mövqedə olduqda, ləyaqətli vassal artıq ləyaqətsiz vəziyyətə düşür. Onların narahatlığı bununla bağlıdır. Sülh ləyaqətdir və ləyaqət sülhdür, mənim nəticəm budur”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az