Sasun Mikayelyan Alen Simonyanın davranışı barədə: “Söyüş söymək krallıqdan gəlir”

2026/03/Ekran-1774596455.jpg
Oxunub: 379     11:28     27 Mart 2026    
“Bilmirəm nə deyib”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin üzvü, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan ötən gün parlamentin girişində baş verən və sakin ilə parlament sədri Alen Simonyanın qarşılıqlı şəkildə söyüş söyməsi ilə nəticələnən insidentə münasibət bildirərkən deyib.

“Vəzifəli şəxsin vətəndaşa söyüş söyməsini necə qiymətləndirirsiniz, bunu pisləmirsiniz?” sualına Mikayelyan gülümsəyərək belə cavab verib: “Mən heç kimi qınamıram, amma söyüş krallıqdan (kral olmaqdan) gəlir, bunu böyüklər deyib”.

Qeyd edək ki, martın 26-da Ermənistan parlamentinin binası qarşısında Alen Simonyanın iştirakı ilə insident baş verib. İtkin düşmüş erməni hərbçilərin yaxınlarının keçirdiyi aksiyaya yaxınlaşan Simonyanla erməni sakin arasında mübahisə yaranıb. Mübahisə zamanı erməni sakin Simonyanı təhqir edib, o da cavab olaraq erməni sakini təhqir edib.

Hadisədən sonra Dəmirçyan küçəsindən iki nəfər polisə aparılıb, daha sonra sərbəst buraxılıb.

Hadisədən dərhal sonra erməni sakinlərdən birinin sualını cavablandıran Simonyan deyib: “Əlbəttə, kim mənə söyüş söyürsə, cavabını verirəm”.

O, itkin düşmüş erməni hərbçilərin yaxınlarına müraciət edərək bildirib: “Biz dəfələrlə görüşmüşük. Əgər bu hərəkəti qınamasanız, bu insanları dayandırmasanız, mən bir daha sizinlə nə danışacağam, nə də əlaqə saxlayacağam. Həmin şəxs mənə qarşı hörmətsizlik etdi, bundan sonra sizinlə heç bir əlaqəm olmayacaq”.

Daha sonra Alen Simonyan insidentlə bağlı bildirib: “Heç bir söyüş olmayıb, “ara” sözündən başqa heç nə deyilməyib. Təhlükəsizlik əməkdaşlarının tələblərinə əməl etmədi və təxribat törətdi. Sonra isə o, qeyri-etik ifadələr işlətdi, mən də cavab verdim və uzaqlaşmağa çalışdım”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayelyan   Simonyan  


Bizi "telegram"da izləyin