Ordu.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, müharibə bir şəxsin seçilməsi və ya seçilməməsi ilə şərtlənmir.
“Müharibə üçün bir sıra amillərin uyğunlaşması tələb olunur. Bunlara regional proseslər (İran və ABŞ arasında müharibə və onun uzanması, Türkiyə faktorunun güclənməsi, Rusiyanın təsirinin davamlı azalması), Ermənistanda mövcud hakimiyyətin özünümüdafiəni təşkil etmək imkanlarının zəifliyi və digər amillər daxildir.
Əslində ABŞ/İsrail-İran müharibəsindən çox şey asılıdır və bu, Ermənistan hakimiyyətinin təkrar formalaşması ilə birbaşa bağlı deyil”, - deyə Sarkisyan qeyd edib.
Sarkisyan bildirib ki, güclü ordu, balanslaşdırılmış diplomatiya və proqnozlaşdırıla bilən siyasət olarsa, müharibə olmayacaq.
“Bu isə o deməkdir ki, hakimiyyətin təkrar formalaşmaması bu baxımdan daha əlverişlidir.
Müharibənin başlanması üçün onlarla amilin mövcudluğu, bir sıra ilkin şərtlər, hazırlıq işləri, aktiv diplomatik fəaliyyət və əlverişli beynəlxalq şərait lazımdır.
Paşinyanın hakimiyyətinin təkrar formalaşmaması bu amillərdən heç birinə öz-özlüyündə təsir göstərməyəcək. Buna görə də belə yanaşma sadəcə manipulyasiyadır”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az