Köçəryan: “Ermənistan 1940-cı illərdə repatriasiya həyata keçirib, bu təcrübəmiz var və dövlətin burada görəcəyi iş var”

2026/03/1773150242.jpg
Oxunub: 410     22:25     26 Mart 2026    
“Uğurlu repatriasiyanın iki nümunəsini qeyd etmişəm: biri İsrail, digəri Almaniya. Amma tariximizdə daha bir geniş və uğurlu repatriasiya olub. Sovet İttifaqı dövründə, 1945-49-cu illərdə təxminən 100 min erməni müxtəlif ölkələrdən dövlətin birbaşa dəstəyi və iştirakı ilə, hətta gəmilərlə gətirilirdi, köçürülmə xərcləri qarşılanır, mənzil məsələləri həll olunurdu”.

Ordu.az xəbər verir ki, bunu bu gün repatriantlarla görüş zamanı Ermənistanın “Hayastan” blokunun lideri, ölkənin sabiq prezidenti Robert Köçəryan deyib.

“Ən uğurlu repatriasiya proqramlarından biri məhz bu olub. Maraqlı məqam odur ki, təkcə Livan, Suriya, İran kimi ərəb ölkələrindən deyil, həmçinin Fransa, Yunanıstan, Bolqarıstan, Paris və Marseldən minlərlə insan o illərdə Ermənistana köçərək burada məskunlaşıb. Həmin 100 min nəfərdən təxminən 10-15 mini 15-20 il ərzində geri qayıtsa da, 80-85 min nəfər Ermənistanda qalıb və bu günə qədər onların nəsilləri burada yaşayır.

Deməli, biz təkcə digər ölkələrin təcrübəsinə baxmamalıyıq, həm də öz təcrübəmizi nəzərə almalıyıq. İrəvanda diaspor ermənilərinin məskunlaşdığı məhəllələr var idi. Deməli, belə təcrübə mövcuddur və dövlətin burada deməyə və etməyə sözü var”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin