Çimkənddə Avrasiya Hökumətlərarası Şurasının məhdud tərkibli iclası keçirilib

2026/03/1774543623.jpg
Oxunub: 396     20:47     26 Mart 2026    
Çimkənd şəhərində Avrasiya Hökumətlərarası Şurasının məhdud tərkibli iclası keçirilib.

Ordu.az xəbər verir ki, iclasa Qazaxıstanın Baş naziri Oljas Bektenov sədrlik edib.

Görüşdə Belarus, Qırğızıstan və Rusiyanın hökumət başçıları, Ermənistanın Baş nazir müavini Mher Qriqoryan və Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri iştirak ediblər.

Məlumata görə, Qazaxıstan bu il Avrasiya İqtisadi Birliyi qurumlarına sədrlik edir və əsas prioritetlər sırasında süni zəkanın iqtisadi inteqrasiya aləti kimi istifadəsi, maneəsiz mühitin yaradılması və ticarətin genişləndirilməsi yer alır.

İclasda ticarət-iqtisadi əlaqələrin inkişafı, həmçinin rəqəmsal texnologiyalar və süni zəka sahəsində əməkdaşlıq müzakirə olunub.

Görüş “Digital Qazaqstan 2026” beynəlxalq forumu ərəfəsində keçirilib və bu, iclasa əlavə praktiki məzmun verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çimkənd   Avrasiya-Hökumətlərarası-Şurası  


Bizi "telegram"da izləyin