Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Əlbəttə, kim məni təhqir edirsə, cavabını verirəm”, - deyə Simonyan bildirib.
O, daha sonra itkin düşmüş erməni hərbçilərin yaxınlarına müraciət edərək deyib: “Biz dəfələrlə görüşmüşük, əgər bu hərəkəti pisləməsəniz, bu adamları dayandırmasanız, mən artıq sizinlə nə danışacağam, nə də əlaqə saxlayacağam. O oğlan özünə icazə verdi ki, məni təhqir etsin, bundan sonra sizinlə heç bir əlaqəm olmayacaq”.
Qeyd edək ki, Ermənistan parlamentinin binası qarşısında baş verən insident zamanı qarşılıqlı təhqirlər səslənib.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, insidentdən sonra Dəmirçyan küçəsindən 2 nəfər polis tərəfindən Ərəbkir şöbəsinə aparılıb.
Ermənistan KİV-ləri bildirir ki, bu davranış “Vətəndaş Müqaviləsi” partiyasının etik qaydalarına ziddir.
Alpər Mövludoğlu
Ordu.az