Ermənistan DİN: İrəvanda axtarışlar zamanı narkotik istehsalı sexi və silah-sursat aşkar edilib, saxlanılanlar var

2026/03/1774535339.jpg
Oxunub: 385     18:31     26 Mart 2026    
Kriminal polis əməkdaşları və müstəntiqlər paytaxtda 20 ünvanda axtarışlar aparıblar. Nəticədə narkotik istehsalı sexi, silah və sursat aşkarlanıb, saxlanılanlar var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Polis Xidməti məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Ermənistan DİN-in Kriminal Polis Xidmətinin əməkdaşları İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə İrəvanda təxminən 20 ünvanda axtarışlar həyata keçirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   DİN  


Bizi "telegram"da izləyin