Ermənistan parlamentinin deputatı istefa verib

2026/03/1774535271.jpg
Oxunub: 412     18:27     26 Mart 2026    
“Parlament reqlamenti” konstitusiya qanununun 155-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Ermənistan parlamentinin deputatı Tadevos Avetisyan 2026-cı il martın 26-da istefa ərizəsi təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

“Parlament reqlamenti” konstitusiya qanununun 155-ci maddəsinin 2-ci hissəsinə əsasən, istefa açıqlanandan sonra bir həftə ərzində deputat yazılı müraciətlə ərizəsini geri götürərsə, parlamentin sədri bu barədə bəyanatla çıxış edir. Əgər ərizə geri götürülməsə, onun səlahiyyətlərinə xitam verilməsi barədə protokol tərtib olunur, həmin sənəd parlament sədri tərəfindən imzalanır və dərc edilir. Protokolun dərc olunduğu andan istefa qüvvəyə minmiş hesab olunur”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Ermənistan parlamentinin deputatları Tadevos Avetisyanı Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi komissiyasının üzvü vəzifəsinə seçmişdilər. Onun namizədliyi “Hayastan” və “Şərəfim var” fraksiyaları tərəfindən irəli sürülmüşdü.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avetisyan  


Bizi "telegram"da izləyin