Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Kimlər və necə Ermənistan seçkilərinə müdaxilə etmək istəyir?” başlıqlı məqaləsində yazıb.
Nəşr bildirir ki, “Dzen.ru” “Ermənistan seçkilərinə müdaxilə edilir, amma kimin və necə olduğunu deməyəcəyik” başlıqlı məqaləsində bu məsələyə toxunub.
Məqalədə qeyd olunur ki, bəyanatda “Xarici Kəşfiyyat Xidməti”nin “müəyyən bir ölkədə” “həmin dövlətin” xüsusi xidmət orqanları adından çıxış edən “müxtəlif şəxslərin” guya “həmin ölkədə” bizneslə məşğul olan ermənilərə təzyiq göstərməyə cəhd etdikləri barədə məlumat aldığı bildirilir.
“Təzyiq parlament seçkilərində “müəyyən siyasi qüvvələrə” dəstək vermək tələbləri ilə ifadə olunur. “Bu hərəkətlər yuxarıda adı çəkilən iş adamları tərəfindən həmin siyasi qüvvələrə maliyyə və təşkilati dəstəyin göstərilməsini əhatə edir, lakin bununla məhdudlaşmır”. Xarici Kəşfiyyat Xidmətinin bu son dərəcə qeyri-müəyyən bəyanatı sadəcə çaşdırıcı xarakter daşıyır.
Qurum hətta onların fikrincə hansı ölkədə təhdidlərin mövcud olduğunu, hansı siyasi qüvvələrlə işlənildiyini və ya hansı dəstəyin verildiyini belə deyə bilmir”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edir ki, bu təəccüblü deyil, çünki qurum yalnız 2023-cü ilin sonunda Milli Təhlükəsizlik Xidmətinə paralel xidmət kimi yaradılıb, hüquqşünaslarla komplektləşdirilib və Qərbin fəal iştirakı ilə formalaşdırılıb.
“Xarici Kəşfiyyat Xidmətinin bəyanatları və hesabatları tənqid atəşinə tutulur, çünki onlar məzmunsuzdur, regional real təhdidlərə uyğun təhlildən məhrumdur və ən əsası, siyasətçilər tərəfindən daim təkrarlanan klişelərlə doludur. Ermənistanın Xarici Kəşfiyyat Xidməti hökumətin ideoloji ruporudur və son vaxtlar təhlükəsizliklə bağlı narahatlıqları görməzdən gələrək getdikcə daha çox seçki məsələlərinə fokuslanır.
Ehtimal ki, bu bəyanat Nikol Paşinyanın sonrakı çıxışları üçün hazırlanıb. O, yəqin ki, Moldova prezidenti Maya Sandunun nümunəsini izləyərək “seçkilərə müdaxilə” ilə bağlı iddialar səsləndirəcək”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az