Erməni partiya sədri: “İran ətrafındakı hərbi gərginlik TRIPP layihəsini qeyri-müəyyənliyə sürükləyib”

2025/12/1766041581.jpg
Oxunub: 463     20:13     26 Mart 2026    
“İran ətrafında yaranmış hərbi gərginlik faktiki olaraq TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsini qeyri-müəyyənlik və duman içərisinə sürükləyib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik alternativ” partiyasının sədri Suren Surenyants yazıb.

“TRIPP-in köpüyü partlayır, Paşinyanın hesablaması da həmçinin”, - deyə Surenyants bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə inkişaf edən hərbi proseslər təkcə regional güclər balansını dəyişmir, həm də son illərdə regionun qaçılmaz gələcəyi kimi təqdim olunan siyasi narrativləri dağıdır.

“Bu narrativlərdən biri Ermənistanda “sülh dövrü” ideyası ətrafında qurulmuşdu və onun iqtisadi-siyasi əsaslandırması 8 avqust razılaşmaları və TRIPP layihəsi vasitəsilə təqdim edilirdi”, - deyə o qeyd edib.

Surenyants bildirib ki, bu müzakirələr fonunda Lihay Universitetinin professoru Arman Qriqoryanın “Aravot” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi qiymətləndirmələr diqqət çəkir.

“Qriqoryanın fikrincə, ABŞ-İsrail tandemi strateji baxımdan İrana qarşı müharibədə uduzur və onların imkanları ən yaxşı halda İran şəhərlərinin genişmiqyaslı bombardmanı və ya hətta nüvə təhdidi ilə məhdudlaşır. Bu qiymətləndirmə bir mühüm reallığı göstərir: region uzunmüddətli və təhlükəli qeyri-sabitlik mərhələsinə daxil olur”, - deyə Surenyants bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Surenyants  


Bizi "telegram"da izləyin