Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan modul atom elektrik stansiyası məsələsində yayınmağa davam edir” başlıqlı məqaləsində yazıb.
Bəşr qeyd edib ki, Paşinyan “10 ildən sonra fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyasının bağlanması planlaşdırıldığı halda Ermənistanda yeni AES-i hansı ölkənin tikəcəyi artıq müəyyənləşibmi?” sualına cavab verərkən bu fikirləri səsləndirib.
“Bizə hazırda böyük atom elektrik stansiyası lazım deyil. Buna görə də ekspertlərimizin qiymətləndirməsinə görə bizə kiçik AES lazımdır və məhz buna görə əvvəlcədən qərar vermişik ki, kiçik modul tipli atom elektrik stansiyasına malik olacağıq. Hazırda bu imkanı tərəfdaşlarımızla müzakirə edirik. Bunu ABŞ, Rusiya, Çin, Cənubi Koreya və Fransa ilə müzakirə edirik. Ölkəmiz üçün ən yaxşı təklifi axtarırıq və bu proses davam edir. Hələ yekun qərar yoxdur, çünki müxtəlif təklifləri araşdırırıq”, - deyə Paşinyan bildirib.
KİV vurğulayıb ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı dinc nüvə əməkdaşlığı haqqında bəyanat imzalanıb.
“Səfərdən sonra keçirilən brifinqdə ABŞ vitse-prezidenti bildirib: “Biz həmçinin qürurla elan edirik ki, ölkələrimiz mülki nüvə əməkdaşlığı üzrə 1-2-3 sazişi ilə bağlı danışıqları başa çatdırıblar. Bu saziş tam təsdiqləndikdən sonra Amerika və Ermənistan şirkətlərinin mülki nüvə layihələri üzrə razılaşmalar imzalaması üçün yol açacaq. Bu isə ilkin mərhələdə 5 milyard dollara qədər Amerika ixracı, həmçinin yanacaq və xidmət müqavilələri vasitəsilə əlavə 4 milyard dollarlıq uzunmüddətli dəstək deməkdir”.
Buna baxmayaraq, Ermənistan tərəfi modul atom elektrik stansiyasının tikintisi ilə bağlı digər ölkələrlə, o cümlədən Rusiya ilə müzakirələrin davam etdiyini iddia edərək manipulyasiyanı davam etdirir. Halbuki fakt ondan ibarətdir ki, rəsmi İrəvan artıq çoxdan seçim edib və üstünlüyü ABŞ variantına verib. Bu cür yayınmaların məqsədi isə sadəcə parlament seçkilərinədək rəsmi Moskvanı qıcıqlandırmamaqdır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az