Serj Sarkisyanın qardaşının həbsinə qərar verilib

2026/03/1773134170.jpg
Oxunub: 350     13:07     10 Mart 2026    
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın həbs olunması barədə qərarı Antikorrupsiya Məhkəməsi qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Məhkəməsinin mətbuat katibi Armine Novruzyan təsdiqləyib.

O bildirib ki, ibtidai istintaq orqanı fevralın 24-də həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təqdim edib və hakim Sarkis Petrosyan bu vəsatəti təmin edib.

“Müstəntiq orqan 2026-cı il fevralın 24-də məhkəməyə həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı vəsatət təqdim edib.

Həmin gün məhkəmə təqsirləndirilən şəxsin olduğu yerin məlum olmaması şəraitində bu vəsatəti nəzərdən keçirərək qaçma riskini yüksək qiymətləndirib, vəsatəti təmin edib və həbs qətimkan tədbirini seçib. A. Sarkisyan tapıldıqdan və Ermənistanın yurisdiksiyası altında olduğu halda onun həbs məsələsinə məhkəmə tərəfindən yenidən baxılacaq”, - deyə məhkəmədən bildirilib.

Aleksandr Sarkisyan xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsində ittiham olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin