İrandan daha 14 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB

2026/03/Ekran-1773131977.jpg
Oxunub: 489     14:08     10 Mart 2026    
İrandan saat 12:00-14:00 aralığında daha 14 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

Ordu.az xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Onların 5-i Azərbaycan, 5-i Çin, 2-si ABŞ, 1-i Rusiya, 1-i isə Finlandiya vətəndaşıdır.

***

İrandan daha 17 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.

Ordu.az xəbər verir ki, onların təxliyəsi martın 10-u saat 00:00-dan 12:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bunlardan 8-i Azərbaycan, 8-i Çin və 1-i Kanada vətəndaşıdır.

Bundan başqa, İranın bir vətəndaşı və Pakistanın bir diplomatı Azərbaycan ərazisindən İrana keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin