Ordu.az xəbər verir ki, bu barədə bu gün Gümrüdə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, son vaxtlar müxtəlif brifinqlərdə jurnalistlər daim “Gümrü 2”, “Gümrü 2” haqqında danışırlar.
“Biz indi Gümrüdə olduğumuza görə bu məsələyə toxunmaq və yaxın parlament seçkilərinin nəticəsində nə baş verəcəyini dəqiq qeyd etmək istəyirəm.
Yaxın parlament seçkilərinin nəticəsində “İnqilab 3” olacaq. Biz 2018-ci ildə seçkilər vasitəsilə daxili siyasi inqilab etdik, 2021-ci il seçkilərində xalq bizi sosial-psixoloji və düşüncə inqilabına doğru apardı. 2026-cı il 7 iyun seçkilərində isə biz tarixi-siyasi inqilaba nail olacağıq. Bu inqilab bizi, Ermənistan xalqını yola vermə və sadəcə mövcud olma siyasəti dövründən çıxaracaq və inkişaf edən davamlı dövlət gündəminin resursları üzərində qurulmuş mərhələyə gətirəcək.
Amma Gümrüdə də “Gümrü 1” olacaq. Biz unuduruq ki, Gümrüdə inqilab baş verməyib, Gümrüdə inqilabi hakimiyyət olmayıb və 2026-cı il parlament seçkilərindən qısa müddət sonra Gümrüdə “Gümrü 1” olacaq.
İndi isə növbəti məsələ: mən istəyirəm ki, biz qeyd edək ki, bu seçkilərdə xalq üçün sadəcə qələbə kifayət deyil. Ermənistana, dövlətə və xalqımıza lazımdır ki, sülh komandası mütləq konstitusion çoxluq əldə etsin. Bu seçkilərdə bizim hədəfimiz 65 faizdir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az