Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Nəşr qeyd edib ki, 2025-ci ildə Ermənistanın ümumi xarici ticarətində İranın payı 3,6% təşkil edib. İran uzun illərdir Ermənistanın ən böyük ticarət tərəfdaşlarının ilk onluğuna daxildir.
Bildirilib ki, ticarətdə əsas üstünlük İrandan idxala məxsusdur (690,4 milyon dollar). Ermənistandan ixrac isə 78 milyon dollar təşkil edir. 2025-ci il üzrə ayrı-ayrı məhsullar barədə məlumatlar hələ ümumiləşdirilməyib, lakin adətən ixracın 70%-dən çoxu elektrik enerjisinin payına düşür. Bu enerji İrana İrəvan İstilik Elektrik Stansiyasının fəaliyyəti üçün istifadə olunan qazın əvəzində verilir. Digər məhsulların ixracı isə çox məhduddur.
“İran ənənəvi olaraq bütün növ məhsullar üzrə maksimum özünütəminetməyə çalışır. Bundan əlavə, ölkədə neft məhsulları və qazın vətəndaşlar və biznes üçün çox ucuz olması səbəbindən İran məhsullarının maya dəyəri də çox aşağıdır.
Məsələn, İran zavodları ucuz sement və polad armatur istehsal edə bilirlər. Yerli istehsalçıları qorumaq üçün Ermənistan bu iki məhsul üzrə idxala məhdudiyyətlər tətbiq edib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az