Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib

2026/03/1772890780.jpg
Oxunub: 379     17:30     07 Mart 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı, siyasi, iqtisadi və regional əlaqələndirmə sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, həmçinin TDT çərçivəsində koordinasiyanı müzakirə ediblər.

Eyni zamanda, Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Özbəkistan  


Bizi "telegram"da izləyin