İndiyədək 300 Azərbaycan vətəndaşı quru sərhədi ilə İrandan Azərbaycana keçib

2024/12/1733374635.jpg
Oxunub: 421     16:43     07 Mart 2026    
İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Məlumata görə, İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib.

Bildirilib ki, Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təxliyəsi üçün lazimi tədbirlər görülür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin