ATƏT PA-nın nümayəndə heyəti Gürcüstana səfər edəcək

2026/01/1768317530.jpg
Oxunub: 378     16:38     07 Mart 2026    
ATƏT Parlament Assambleyasının (PA) yüksək səviyyəli nümayəndə heyəti 8–10 mart tarixlərində Gürcüstana səfər edəcək.

Ordu.az xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinə Assambleyanın prezidenti Pere Joan Pons Sampietro rəhbərlik edəcək.

Məlumata görə, nümayəndə heyəti səfər çərçivəsində Gürcüstanda müxtəlif siyasi qüvvələrin nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşlər keçirəcək.

Bildirilib ki, səfər ATƏT Parlament Assambleyası üzvlərinə ölkədəki son siyasi proseslər, demokratiya, təhlükəsizlik və regional sabitliklə bağlı məsələlər barədə gürcü tərəfi ilə fikir mübadiləsi aparmaq imkanı yaradacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   PA   Gürcüstan  


Bizi "telegram"da izləyin