Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib

2026/03/1772714233.jpg
Oxunub: 361     14:45     07 Mart 2026    
Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi həyata keçirilib.

Ordu.az-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın Azərbaycana qayıdışı təmin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AZAL   Azərbaycan  


Bizi "telegram"da izləyin