Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, həmin nəticələrə görə, sualın necə formalaşdırılmasından asılı olaraq respondentlərin 18-24 faizi “Vətəndaş Müqaviləsi” partiyasına etibar edir.
“Yəni bu göstərici hakim partiyanın təbliğat şarından, guya iyunda keçiriləcək seçkilərdən sonra konstitusion çoxluq əldə edəcəkləri iddiasından xeyli uzaqdır.
Üstəlik, belə məlumatlar var ki, dərc olunan nəticələr reallıqdan kifayət qədər uzaqdır, həmin şirkətin qeydə aldığı real mənzərə isə daha kədərli olub və hakimiyyətin xahişi ilə redaktə edilib”, - deyə nəşr qeyd edib.
KİV-ə görə, hakimiyyət xarici himayədarlarını inandırıb ki, belə sosioloji sorğular vasitəsilə seçicilərin əhval-ruhiyyəsinə və buna uyğun olaraq seçkilərin nəticələrinə təsir etmək mümkündür.
“Əgər seçiciləri inandırsalar ki, hər şey artıq əvvəlcədən müəyyənləşib və “Vətəndaş Müqaviləsi” liderdir, o zaman seçkilərə getməyə dəyməz. Bu yolla aşağı iştirak təmin olunsa, qələbə onların cibində olacaq.
Mənbələrimiz istisna etmir ki, yaxın vaxtlarda buna bənzər digər sorğular da dərc olunacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az