Ordu.az xəbər verir ki, bunu “Azadlıq Radiosu”nun Ermənistan bürosuna açıqlamasında erməni ictimai xadim Tiqran Petrosyan deyib.
Petrosyan qeyd edib ki, Ruben Vardanyanın əleyhinə ifadə verən şəxs Qarabağdan Ermənistana gəlməyib, öldürüləcəyindən qorxub.
“Deyib ki, mən gəlmirəm, məni ermənilər öldürəcəklər və sair, nəsə danışırdı. Ermənistana gəlsə, burada onu öldürəcəklərindən qorxurdu. Deyir ki, ağlayıb-sızlayıb, sonra onu yenidən maşına mindirib aparıblar”, - Petrosyan bildirib.
“Azadlıq Radiosu”nun Ermənistan bürosu yazıb ki, Ermənistana getmək istəməyən şəxs Bakıda məhkəmədə Ruben Vardanyanın əleyhinə ifadə verib.
“İndi isə fakt ondan ibarətdir ki, Mişa Qriqoryan Xankəndidən Ermənistana gedən son nəqliyyat vasitəsindən yolun yarısında geri qayıdıb”, - deyə nəşr bildirib.
Nəşrin məlumatına görə, köçürülən 11 nəfərin əksəriyyəti Ağverəndə bir hoteldə yerləşdirilib.
Alpər Mövludoğlu
Ordu.az