“Çin Belarusun suverenliyi və müstəqilliyini dəstəkləyir” - Si Cinpin

2026/06/1782727854.jpg
Oxunub: 204     14:12     29 İyun 2026    
Çin Prezidenti Si Cinpin Pekinin Belarusun dövlət suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasını dəstəklədiyini bəyan edib.

Ordu.az xəbər verir ki, Si Cinpin bu barədə iyunun 29-da Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Pekində keçirdiyi görüş zamanı danışıb.

“Çin Belarusun dövlət suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumasını, həmçinin ölkənin daxili şəraitinə uyğun inkişaf yolu ilə irəliləməsini dəstəkləyir”, - deyə Çin liderinin sözlərini CCTV telekanalı sitat gətirib.

Si Cinpin bildirib ki, Çin öz imkanları çərçivəsində Belarusun milli inkişafı və dövlət quruculuğu sahəsində dəstəyini davam etdirmək niyyətindədir.

Çin Prezidenti vurğulayıb ki, tərəflərin strateji qarşılıqlı fəaliyyəti qorunub saxlanılmalıdır.

Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlərin yüksək səviyyədə davamlı inkişafına təkan verəcək və hər iki ölkənin xalqlarının maraqlarına xidmət edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Belarus   Cinpin  


Bizi "telegram"da izləyin