Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO Parlament Assambleyasının iştirakçıları qarşısında çıxışı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, yaxın dövrdə Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində nəticələr əldə olunmalıdır və bu, yalnız dialoq yolu ilə mümkün ola bilər.
“Xüsusilə vurğulamaq istəyirəm ki, qarşıdakı dövrdə Rusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsində nəticə əldə etməliyik. Bu isə dialoq vasitəsilə həyata keçirilməlidir. Hər iki tərəflə dialoq apara bilən, səmərəli proseslərə təşəbbüs göstərən və ədalətli mövqeyi sayəsində hər iki tərəfin etimadını qazanan müttəfiq kimi bundan sonra da sülhyaratma səylərinə fəal dəstək verəcəyik”, - deyə Ərdoğan bildirib.
Sevinc Əliyeva
Ordu.az