Lukaşenko zarafatla Çində özünü evindəki kimi hiss etdiyini deyib

2026/06/1782711932.jpg
Oxunub: 177     12:31     29 İyun 2026    
Belarus Prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çin Prezidenti Si Cinpinlə görüşü zamanı zarafatla özünü Çində evindəki kimi hiss etdiyini bildirib.

Ordu.az xəbər verir ki, görüşün əvvəlində Lukaşenko “Sanki öz evimə gəlmişəm” ifadəsini işlədib.

Görüşdən görüntülər Belarus prezidentinin mətbuat xidməti ilə yaxınlığı olan “Pul Pervoqo” “Telegram” kanalı tərəfindən yayımlanıb.

Si Cinpin Lukaşenkodan Minskdən birbaşa gəlib-gəlmədiyini soruşub.

Belarus Prezidenti isə “Xeyr, mən bura Moskva ətrafından uçmuşam. Bundan əvvəl Prezident Vladimir Putinlə danışıqlar aparırdıq, sonra Pekinə gəldim”, - deyə cavab verib.

Si Cinpin Lukaşenko ilə tez-tez görüşməsindən məmnunluğunu ifadə edib.

“Pul Pervoqo” teleqram kanalının məlumatına görə, Belarus və Çin liderlərinin rəsmi danışıqları üç saatdan çox davam edib. Bu səfər Aleksandr Lukaşenkonun Çinə sayca 17-ci səfəri olub.

Məlumatda qeyd olunub ki, daha sonra liderlər diplomatik protokol çərçivəsindən kənara çıxan ənənəvi ailə naharı formatında görüşlərini davam etdirəcəklər. Bu format Belarus və Çin liderləri arasında xüsusi şəxsi etimadın göstəricisi kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus   Çin  


Bizi "telegram"da izləyin