Erməni siyasi xadim: “Konstitusiya Məhkəməsinin qərarından sonra mandat məsələsinə münasibət bildirəcəyik”

2026/06/1782722152.jpg
Oxunub: 197     12:27     29 İyun 2026    
“Güclü Ermənistan” partiyalar blokunun nümayəndəsi Aram Vardevanyan mandatların götürülməsi və ya götürülməməsi məsələsinə yalnız Konstitusiya Məhkəməsinin qərarından sonra münasibət bildirəcəklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, Aram Vardevanyan bu barədə iyunun 29-da Konstitusiya Məhkəməsinin binası qarşısında jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, vətəndaşları, eləcə də onları narahat edən əsas məsələlərdən biri Ermənistanın hansı istiqamətdə irəliləməsi və hazırda ölkənin qarşısında dayanan risklərdir.

Vardevanyanın sözlərinə görə, vətəndaşların ümidsizlik və ruh düşkünlüyü hissinə qapılmaması son dərəcə vacibdir.

“Mandatların götürülməsi və ya götürülməməsi ayrıca məsələdir və bu məsələyə Konstitusiya Məhkəməsinə institut kimi hörmət baxımından yalnız məhkəmənin qərarından sonra münasibət bildirəcəyik.

Qərarla bağlı qiymətləndirməmizi də yalnız ondan sonra açıqlayacağıq. Çünki Konstitusiya Məhkəməsinin qərarları klassik hüquqi qərarlar deyil, hüquqi-siyasi xarakter daşıyır. Bu günlər ərzində mövqeyimizi təqdim edəcəyik. Gəlin bir qədər gözləyək”, - deyə o bildirib.

Xatırladaq ki, iyunun 26-da Ermənistan parlamentinin iyunun 7-də keçirilmiş növbədənkənar seçkilərinin nəticələrinə etiraz edən yeddi siyasi qüvvənin müraciətləri əsasında birləşdirilmiş iş üzrə Konstitusiya Məhkəməsində baxış başlayıb və proses hələ də davam edir.

Məhkəmənin qərar qəbul etməsi üçün son tarix iyulun 4-dür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vardevanyan   Ermənistan  


Bizi "telegram"da izləyin