“NewsNation”: ABŞ və İran qarşılıqlı zərbələrdən çəkinəcək, danışıqları davam etdirəcək

2026/05/1779389752.jpg
Oxunub: 262     16:13     29 İyun 2026    
ABŞ və İran qarşılıqlı zərbələr endirməkdən çəkinmək və yaxın günlərdə qarşılıqlı anlaşma memorandumunun icrası üzrə danışıqları davam etdirmək barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “NewsNation” telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, yaxın günlərdə qarşılıqlı anlaşma memorandumunun bütün müddəaları üzrə texniki danışıqlar davam etdiriləcək.

“Hazırkı mərhələdə hər iki tərəf zərbələri dayandıracaq və gəmilər Hörmüz boğazında sərbəst hərəkət edə biləcəklər”, - deyə telekanal rəsminin sözlərindən sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin