Cənubi Koreya Çin və Rusiyaya məxsus hərbi təyyarələrə görə qırıcılarını havaya qaldırıb

2026/06/1782729271.jpg
Oxunub: 210     14:33     29 İyun 2026    
Çin və Rusiyaya məxsus 10-dan çox hərbi təyyarənin Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına (KADIZ) daxil olmasından sonra Seul qırıcı təyyarələrini havaya qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahının açıqlamasına istinadən “The Korea Herald” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Yaponiya dənizi və Koreya yarımadasının cənubundakı sularda baş verib.

Açıqlamada qeyd olunub ki, Çin və Rusiyaya məxsus hərbi təyyarələr ardıcıl şəkildə Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub və daha sonra zonanı tərk ediblər.

Bununla yanaşı, Cənubi Koreyanın hava məkanının pozulmadığı xüsusi vurğulanıb.

Baş Qərargahın sözçüsü bildirib ki, xarici hərbi təyyarələrin həyata keçirdiyi uçuşların böyük ehtimalla Çin və Rusiyanın birgə hava qüvvələri təlimləri ilə əlaqəli olduğu qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Çin   Rusiya  


Bizi "telegram"da izləyin