Venesuela sahillərində 4,6 maqnitudalı yeni zəlzələ baş verib

2026/06/1782496729.jpg
Oxunub: 205     16:20     29 İyun 2026    
Venesuela sahillərində 4,6 maqnitudalı növbəti zəlzələ qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri ölkənin paytaxtı Karakasdan 42 kilometr şimalda yerləşib. Həmin ərazidə 3 milyondan çox insan yaşayır. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, 2026-cı il iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş vermişdi. ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə əsasən, birinci zəlzələnin maqnitudası 7,2, ikinci zəlzələnin maqnitudası isə 7,5 olub. Bundan sonra 512 afterşok qeydə alınıb.

Venesuela hakimiyyətinin son məlumatına əsasən, həlak olanların sayı 1450 nəfərə çatıb, müxtəlif dərəcəli xəsarətlər alan 3,2 mindən çox insan xəstəxanalara yerləşdirilib. Çoxsaylı yaşayış evləri dağılıb, infrastruktur və xəstəxanalar zərər görüb, ölkənin əsas hava limanının fəaliyyəti dayandırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin