Ordu.az xəbər verir ki, bu barədə “NewsNation” telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Adı açıqlanmayan rəsminin sözlərinə görə, yaxın günlərdə qarşılıqlı anlaşma memorandumunun bütün müddəaları üzrə texniki danışıqlar davam etdiriləcək.
“Hazırkı mərhələdə hər iki tərəf zərbələri dayandıracaq və gəmilər Hörmüz boğazında sərbəst hərəkət edə biləcəklər”, - deyə telekanal rəsminin sözlərindən sitat gətirib.
Sevinc Əliyeva
Ordu.az