Ordu.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində jurnalistlətə açıqlamasında deyib.
Onun sözlərinə görə, bugünkü konfransın əsası ötən il Qəbələ sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qoyulub.
Baş katib hazırda türk dövlətləri arasında yüksək əməkdaşlıq və birliyin mövcud olduğunu da söyləyib: "Bu konfransın xalqlarımız arasındakı birliyə töhfə verəcəyinə inanıram".
Ordu.az