Rusiyanın zərbələri Ukraynanın 8 vilayətini işıqsız qoyub

2026/06/Ekran-1781856148.jpg
Oxunub: 222     13:30     29 İyun 2026    
Rusiyanın atəşi nəticəsində Ukraynanın səkkiz vilayətində elektrik enerjisi təchizatında fasilələr yaranıb.

Ordu.az Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, elektrik enerjisinin verilməsindəki fasilələr Dnepropetrovsk, Donetsk, Zaporojye, Odessa, Xarkov, Sumı, Poltava və Xerson vilayətlərində qeydə alınıb.

"Ən mürəkkəb vəziyyət Sumı vilayətindədir. Orada hərbi əməliyyatlar və Rusiyanın atəşə tutması nəticəsində enerji obyektlərinin zədələnməsi səbəbindən çox sayda istehlakçı işıqsız qalıb", – qurumun teleqramdakı məlumatında bildirilib.

Qeyd edilib ki, energetiklər elektrik təchizatını ən qısa zamanda bərpa etmək üçün çalışırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin