Gürcüstan Prezidenti İsrailə yeni təyin olunmuş səfirlə görüşüb

2026/06/1782732320.jpg
Oxunub: 197     15:24     29 İyun 2026    
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İsrail Dövlətinə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir Beka Dvalla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı Gürcüstan ilə İsrail arasında mövcud olan möhkəm dostluq münasibətləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edilir ki, Prezident Beka Dvalı İsrail Dövlətində Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   İsrail  


Bizi "telegram"da izləyin