Osman Mert: "Türk dövlətlərinin ortaq dil qurumunun yaradılmasına ehtiyac var"

2026/06/Ekran-1782736875.jpg
Oxunub: 147     16:29     29 İyun 2026    
Türk dövlətlərinin ortaq dil qurumunun yaradılmasına ehtiyac var.

Ordu.az xəbər verir ki, bunu Türk Dil Qurumunun prezidenti Osman Mert Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış" adlı konfransda deyib.

Onun sözlərinə görə, bu gün müasir texnologiya elə bir səviyyəyə çatıb ki, 100 il öncə Birinci Türkoloji Qurultay zamanı xəyal edilən bir çox məsələ artıq reallaşa bilər:

"Güclü Türk dünyasının yolu ortaq dildən, ortaq mədəniyyətdən və ortaq türkoloji anlayışdan keçir. Bu mənada, Türk dünyasının gələcəyi üçün keçmişdən yola çıxaraq gələcəyə addım atmaq mütləqdir".

O.Mert Türkiyədə yaradılan süni intellekt texnologiyası vasitəsilə ümumtürk irsinin araşdırlmasında ciddi nəticələr əldə edilə biləcəyini qeyd edib:

"Hazırda bizim süni intellekt texnologiyası 95 faiz dəqiqlikdə Osmanlı mətnlərini oxuya bilir. Biz bunu yaxın zamanlarda 98 faizə çatdıracağımızı düşünürük".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Osman-Mert   Türk-dövlətləri  


Bizi "telegram"da izləyin