Ordu.az xəbər verir ki, bunu erməni tarix üzrə fəlsəfə doktoru, türkşünas Varujan Geğamyan özünün “Telegram” kanalında yazıb.
Geğamyan qeyd edib ki, Azərbaycanın “AzerTelecom” şirkəti Ermənistanın “Telecom Armenia” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
“Azərbaycan tərəfinin rəsmi məlumatına görə, “AzerTelecom” Ermənistana internet tranzit əlaqəsi təmin edəcək. Müqavilənin bütün detalları hələ açıqlanmadığı üçün qəti nəticələr çıxarmaq istəmirəm. Lakin ortaya çıxan ilk sual budur: Azərbaycanın bu imkan vasitəsilə Ermənistanın internet trafikini nəzarətə götürməyəcəyinə və lazım gəldiyi anda müdaxilələr həyata keçirməyəcəyinə hansı təminatlar mövcuddur?”, - deyə Geğamyan bildirib.
Erməni ekspertin sözlərinə görə, Ermənistan cəmiyyətində bu cür proseslərə münasibətdə ehtiyatlı yanaşma olmalıdır.
“Məqsəd Ermənistan dövlətini mümkün qədər zəiflətmək və onu asılı vəziyyətə salmaqdır”, - deyə o vurğulayıb.
Geğamyan hesab edir ki, bu səbəbdən sözügedən əməkdaşlığa optimist yanaşmaq üçün əsas yoxdur.
“Bu baxımdan yayılan xəbərə nikbin yanaşmaq, yumşaq desək, sadəlövhlükdür. Belə məsələlərdə təhlükəsizlik riskləri hərtərəfli qiymətləndirilməli və Ermənistanın informasiya infrastrukturu ilə bağlı mümkün təhdidlər diqqətlə araşdırılmalıdır”, - deyə erməni ekspert qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az