Sultan Raev: "Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub"

2026/06/Ekran-1782731156.jpg
Oxunub: 141     14:52     29 İyun 2026    
Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub.

Ordu.az xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda deyib.

O, hazırda 100 il öncə əsası qoyulan mirasın yaşadılması üçün Bakıda olduqlarını bildirib:

"Bakı Türk dünyasının, Qarabağ şəhidlərinin ruhunun hər zaman yad edilib yaşadıldığı bir şəhərdir".

Baş katib vurğulayıb ki, 1926-cı ildə Bakıda aparılan mübarizə xalqların və kimliklərin mücadiləsi olub:

"Yüz il öncə Birinci Türkoloji Qurultayı zamanı Bakıda atılan hər addım, alınan hər bir qərar bu gün Türk dünyasının qədərini müəyyən edən faktorlardan olub. Türk dünyası fərqli coğrafiyaya malik olsa da, ortaq mədəniyyət və kimlik hər zaman bizim bir ailə kimi yaşamağımıza zəmin yaradıb".

S.Raev türk dövlət və xalqları ilə əlaqədar quruluş və təşkilatları misal çəkərək onların hər birinin birlik və qardaşlıq yolunda fəaliyyət göstərdiyini söyləyib.

Baş katib əlavə edib ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşı və milli kimliyidir:

"Dil ananın laylası, atanın duası, bir şəhərin nəğməsi, bütöv bir xalqın yaddaşıdır. Dil itərsə, millət yetim qalar. Məhz buna görə də əlifba uğrunda aparılan mübarizə birbaşa yaddaşın mübarizəsi idi. Bu, sözlərin, kimliyin, keçmişin deyil, gələcəyin mübarizəsi idi".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sultan-Raev  


Bizi "telegram"da izləyin