Ordu.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Danışıqlar NATO-nun iyul ayında Ankara (Türkiyə) şəhərində planlaşdırılan sammitindən əvvəl keçiriləcək. Vaşinqton mövcud sistemdən getdikcə daha çox narazılıq ifadə etdiyi üçün Vadeful və Rubio əsas diqqəti NATO daxilində yükün bölüşdürülməsi məsələsinə ayıracaqlar. Bundan əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset NATO alyansı üzrə tərəfdaşlarını hərbi xərclərinə və ABŞ-nin İrandakı müharibəsinə ilkin dəstəyin olmamasına görə tənqid etmişdi.
Heqset ABŞ Prezidenti Donald Trampın qoşunları Avropadan çıxarmaq təhdidini təsdiqləyib, hansı ki, Vaşinqton onları Avropanın müdafiəsinə yardım etmək, eləcə də ABŞ hərbi gücünün xaricdə daha sürətli şəkildə yerləşdirilməsini təmin etmək məqsədilə orada yerləşdirib.
Almaniya Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıqlarda Ukraynaya növbəti dəstək məsələsi, eləcə də Birləşmiş Ştatlar və İran arasında bu yaxınlarda gərginliyin yenidən artmasından sonra Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Vadeful yola düşməzdən əvvəl NATO daxilində birliyin vacibliyini vurğulayıb: "Bizim Avrotlantik təhlükəsizliyimiz həlledici dərəcədə NATO-da bundan sonra da indiyə qədər olduğu kimi qətiyyətlə çiyin-çiyinə dayanmağımızdan asılıdır".
Vurğulanıb ki, ABŞ-yə səfərindən sonra Vadeful Paraqvayın paytaxtı Asunsyona, çərşənbə axşamı keçiriləcək MERCOSUR sammitinə yola düşəcək.
Ordu.az