Ordu.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Baku TV-nin efirində deyib.
Onun sözlərinə görə, tədbir iki ay ərzində davam edən danışıqlar sayəsində baş tutub:
"İyunun 23-də ermənipərəst və erməni təşkilatları müdaxilələr edirdilər. Tərdbirin təxirə salınması üçün müəyyən müraciətlər var idi. Bir simovilik məqama toxunmaq istəyirəm. Bizə ayrılan konfrans zalı Nensi Pelosinin adına idi. Həmin şəxs ermənipərəsət, ABŞ Nümayəndələr Palatasının spikeri olub və Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınırdı. Etnik təmizləmə siyasətinə dair belə bir tədbiri keçirmək ermənipərəst təşkilatları və tərəfləri qıcıqlandırdı".
Abbas Abbasov bildirib ki, konfrans zalında Amerika Erməni Milli Komitəsinin (ANCA) 5 nümayəndəsi iştirak edib:
"Tədbiri izlədilər, qeydlər apardılar. Heç bir təxribat törətmədən zalı tərk etdilər".
BTQ-nin icraçı direktoru vurğulayıb ki, Azərbaycanın bu mövzuda heç bir ərazi iddiası yoxdur, Ermənistanın suverenliyi ilə bağlı heç bir məqama toxunulmur:
"Bu, beynəlxalq norma və hüquqi prinsiplərə əsaslanan insanların qayıdış hüququdur. Ermənilər bunu mürəkkəbləşdirsə də, heç bir çətin proses yoxdur. Sadəcə, vətəndaşların dədə-baba yurdlarına təhlükəsiz qayıdışı təmin edilməlidir".
Ordu.az