Paşinyanın partiyası bu gün parlament sədrinin müavinləri vəzifələrinə namizədləri müəyyənləşdirəcək

2026/06/1782735651.jpg
Oxunub: 194     16:23     29 İyun 2026    
Ermənistan parlamenti sədrinin müavinləri vəzifələri uğrunda mübarizəyə bu gün axşam yekun vurulacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Məlumata görə, “Vətəndaş Müqaviləsi” partiyasının İdarə Heyəti bugünkü iclasda qapalı və gizli səsvermə yolu ilə müvafiq qərar qəbul edəcək.

Parlament sədrinin iki müavini vəzifəsinə parlament sədri seçkilərində qalib gələ bilməyən Hayk Koncoryan, “Vətəndaş Müqaviləsi” partiyasının sədr müavini Vahaqn Aleksanyan, Avropa İttifaqına İnteqrasiya və Dövlət-Hüquq Məsələləri üzrə daimi komissiyaların sədrləri Arman Yeğoyan və Arusyak Culhakyan, eləcə də deputat Alxas Qazaryan namizəddirlər.

Xatırladaq ki, ötən həftə Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin