Si Cinpin Çin və Belarus münasibətlərini “dəmir dostluq” adlandırıb

2026/06/1781063729.jpg
Oxunub: 200     13:14     29 İyun 2026    
Çin Prezidenti Si Cinpin Çin ilə Belarus arasında münasibətlərin bütün beynəlxalq sınaqlardan uğurla keçdiyini bildirərək iki ölkəni “dəmir dostlar” adlandırıb.

Ordu.az xəbər verir ki, Si Cinpin bu fikirləri işgüzar səfərlə Pekində olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı səsləndirib.

“Çin və Belarus dəmir dostlardır. Münasibətlərimiz beynəlxalq mühitdəki bütün qeyri-sabitliklərə tab gətirib və tərəfdaşlığımız gündən-günə daha da möhkəmlənir. Əməkdaşlığımız çoxtərəflidir, dövrün ruhuna uyğundur və daim yeni nəticələr verir”, - deyə Çin lideri bildirib.

Si Cinpin vurğulayıb ki, Belarus ilə Çin arasında münasibətlər tarixinin ən yüksək səviyyəsinə çatıb və tərəflər beynəlxalq platformalarda daim sıx təmas saxlayırlar.

O qeyd edib ki, Minsk və Pekin hərtərəfli strateji tərəfdaşlığı inkişaf etdirir və bu münasibətlər “ən etibarlı” tərəfdaşlıq nümunəsidir.

“Əziz dostum, sizi yenidən Pekində salamlamaqdan çox məmnunam. Görüşlərimiz və təmaslarımız müntəzəm xarakter daşıyır ki, bu da müxtəlif məsələləri operativ şəkildə müzakirə etməyə və geniş dialoq aparmağa imkan verir”, - deyə Si Cinpin Aleksandr Lukaşenkoya müraciətində bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Belarus  


Bizi "telegram"da izləyin