Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

2026/01/dfgdf-1769510530.jpg
Oxunub: 402     14:38     27 Yanvar 2026    
Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Ordu.az xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin