Ukraynanın Xarici Kəşfiyyat Xidməti: TRIPP Rusiyanı Cənubi Qafqazda əsas oyunçu rolundan nəhayət məhrum edir

2026/01/1769456017.jpg
Oxunub: 392     09:19     27 Yanvar 2026    
TRIPP (Zəngəzur dəhlizi-red.) Rusiyanı Cənubi Qafqazda əsas oyunçu rolundan nəhayət kənarlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəsmi saytında qeyd olunub.

Bildirilib ki, ən azı 49 il müddətində Ermənistan-ABŞ birgə idarəetmə şirkəti layihənin fəaliyyətini və Ermənistanla Azərbaycan arasında əlaqəni təmin edəcək.

Vurğulanıb ki, son vaxta qədər Moskva özünü regionun əsas və yeganə kommunikasiya vasitəçisi kimi təqdim edib.

Məlumatda bildirilir ki, TRIPP çərçivəsində neft və qaz boru kəmərlərinin, optik lifli şəbəkələrin çəkilməsi, eləcə də İranla sərhədə bitişik dəmir yolu xətti boyunca dəmir yolu və avtomobil yolu infrastrukturunun yaradılması nəzərdə tutulur.

“Layihənin benefisiarlarının sözlərinə görə, bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən keçərək Türkiyəyə və Avropa ölkələrinə uzanan Transxəzər marşrutunda “vacib halqa” olacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə isə ABŞ və Ermənistan tərəfindən Rusiyanın layihədə iştirakı hətta müzakirə mövzusu olmayıb.

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Ermənistan dəmir yolunun konsessiyaçısı olan “Rusiya Dəmir Yolları” ASC-yə demək olar ki, ultimatum xarakterli çağırış edib və Azərbaycan və Türkiyə sərhədlərinə qədər uzanan dağıdılmış xətlərin sürətlə bərpa olunmasını təklif edib. Əks halda, bu işlərin Ermənistanın hesabına görüləcəyi və regionda Rusiyanın mövcudluğunun məqsədəuyğunluğu ilə bağlı sualların yaranacağı bildirilib”, - deyə Ukraynanın Xarici Kəşfiyyat Xidməti bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   TRIPP  


Bizi "telegram"da izləyin