"İsrailə çox böyük ziyan dəyib" - Tramp

2025/06/1750480029.jpg
Oxunub: 467     16:07     25 İyun 2025    
İran ballistik raketlərin vasitəsilə İsrailə əhəmiyyətli dərəcədə ziyan vurub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Haaqa şəhərində NATO baş katibi Mark Rütte ilə görüşündə bildirib.

“İsrailə çox böyük ziyan dəyib, xüsusilə də son bir neçə gün ərzində. İsrailə İranın ballisitk raketlərindən çox böyük ziyan dəyib. Onlar çox sayda binaları dağıdıblar”, - Ağ Ev rəhbəri deyib.

Trampın sözlərinə görə, buna baxmayaraq İsrail silahlı münaqişə zamanı özünü çox qüdrətli göstərib və baş nazir Binyamin Netanyahu əslində bundan qürür duymalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İsrail  


Bizi "telegram"da izləyin