Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri keçirilib - FOTOLAR
Oxunub: 273
10:01
29 İyun 2026
Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun dinləyiciləri ilə nümayiş məşğələləri keçirilib.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq dinləyicilərlə atəş, kəşfiyyat, mühəndis, artilleriya hazırlığı, döyüş maşınlarının sürülməsi, eləcə də digər ixtisas fənləri üzrə məşğələlər təşkil olunub.
Məşğələlərin əsas məqsədi şəxsi heyətin nəzəri və praktiki bacarıqlarının, eləcə də fiziki və psixoloji dözümlülüyünün artırılmasıdır.