Ərdoğan: "I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil"

2026/06/Ekran-1782717981.jpg
Oxunub: 167     11:06     29 İyun 2026    
1926-cı ildə baş tutan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil.

Ordu.az xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd edilib.

"Azərbaycan bu gün də Türk dünyasının faydalılığının artırılmasına töhfə verməkdədir", - o vurğulayıb.

R.T.Ərdoğan əlavə edib ki, Birinci Türkoloji Qurultayın müzakirə etdiyi mövzular hər zaman Türk dünyası üçün aktual olub.

O, həmçinin bu gün türk dövlətləri arasındakı birlik və dostluğun vacibliyinə diqqət çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin