İsa Həbibbəyli: "Türk dünyası anlayışı Birinci Türkoloji Qurultayda formalaşıb"

2026/06/Ekran-1782729647.jpg
Oxunub: 159     14:36     29 İyun 2026    
Birinci Türkoloji Qurultayda müzakirə olunan mühüm elmi məsələlər, təşəbbüslər türk xalqlarının inteqrasiyasına zəmin yaradıb.

Ordu.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda çıxışı zamanı deyib.

Akademik əlavə edib ki, bu mənada qurultay elmi-mədəni hadisə ilə yanaşı, ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunub:

"Türk dünyası anlayışı da məhz Birinci Türkoloji Qurultayda meydana çıxıb. Əlbəttə, qurultaya qədər türk tarixi və mədəniyyətinə dair araşdırmalar aparılırdı, lakin bütün bunlar türkologiya adı ilə təqim olunmurdu. Birinci Türkoloji Qurultay eyni zamanda türkologiya elmini və sistemini təqdim edib".

İ. Həbibbəylinin sözlərinə görə, sovet rejimi qurultayın təqdim etdiyi formatdan və Türk dövlətlərinin inteqrasiyasından qorxaraq türkologiyanı sıxışdıraraq daha çox dilçilik tədqiqatlarına köklənmişdir.

Akademik həmçinin bildirib ki, AMEA tabeli bir çox institutda Türkologiya şöbələri yaradılıb və bu anlayış istiqamətdə uğurla fəaliyyət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsa-Həbibbəyli   Türk-dünyası  


Bizi "telegram"da izləyin