Ordu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekindəki Dyaoyutay dövlət iqamətgahında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirib.
BelTA agentliyi bildirib ki, Çin Lukaşenkonun Şərqi və Cənub-Şərqi Asiya regionlarına genişmiqyaslı səfərinin ilk dayanacağı olub.
Qeyd olunub ki, Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Belarusun xarici siyasətinin əsas prioritetlərindən biridir və bu, ölkənin çoxşaxəli xarici siyasət kursunu əks etdirir.
Sevinc Əliyeva
Ordu.az