Qazaxıstan Senatının 30 illik fəaliyyətinə yekun vuran son iclası keçirilib

2026/06/1782721271.jpg
Oxunub: 171     12:06     29 İyun 2026    
Astanada Qazaxıstan Parlamenti Senatının yuxarı palatanın 30 illik tarixinə yekun vuran son iclası keçirilib.

Ordu.az-ın Qazaxıstan Senatına istinadən verdiyi məlumata görə, bunu palatanın sədri Maulen Aşimbayev bildirib.

Onun sözlərinə görə, sabah palataların birgə iclasında parlamentin növbəti sessiyası rəsmi olaraq başa çatacaq. İyulun 1-dən etibarən yeni Konstitusiyaya uyğun olaraq fəaliyyətdə olan Parlamentin səlahiyyətlərinə xitam veriləcək. Avqust ayında Qazaxıstanda birpalatalı Parlamentə - Qurultaya seçkilər keçiriləcək.

"1995-ci il Konstitusiyası əsasında fəaliyyət göstərən ikipalatalı Parlament 30 illik tarixi missiyasını layiqincə başa çatdırır", - Aşimbayev bildirib.

Senat sədri, həmçinin palatanın 30 il ərzindəki fəaliyyətinə yekun vurub. Bu dövr ərzində 890-dan çox plenar iclas keçirilib, 3,5 mindən çox qanun qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Senat  


Bizi "telegram"da izləyin